Noyabrın 18-də Bakıda daha iki avtobus marşrutunun fəaliyyəti bərpa edilir.
Aktual.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentli (AYNA) məlumat yayıb.
Məlumata görə, noyabrın 18-dən başlayaraq 4 və 10 nömrəli marşrutların hərəkət sxemləri bərpa ediləcək.
AYNA bildirir ki, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.
Xəbər 46 dəfə oxunub.