Bakıda “cip” avtomobili ana və azyaşlı oğlunu vurub. Nəticədə 6 yaşlı uşaq ölüb.
Bakı şəhər Baş Polis İdarəsindən (BPİ) verilən məlumata görə, sentyabrın 26-sı saat 13:20 radələrində, Xətai rayonu Gəncə prospektində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Romanoğlu idarə etdiyi «Jeep-Grand Cherokee» markalı avtomobillə Culfa rayon sakinləri - 1988-ci il təvəllüdlü Gülnar Əsgərovanı və oğlu 2009-cu il təvəllüdlü Fərid Cəfərovu vurub.
Nəticədə, hər ikisi xəstəxanaya yerləşdirilib, F.Cəfərov aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Aktual.az