Bakıda üzərində narkotik vasitələr və odlu silah olan silahlı dəstə aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də Bakı şəhər sakini Ləman Heydərovaya hədə-qorxu gəlib 200 manatını alan həmyerliləri, əvvəllər məhkum olunan Pərvin Osmanov, Elvin Tağıyev və Rəhman Abbasov tutulublar. P.Osmanovdan 1,62 qram tiryək, E.Tağıyevdən isə 6,3 qram marixuana götürülüb.
P.Osmanovun evinə baxış zamanı 2,291 qram tiryək, nömrəsi silinən və qundağı kəsilən “TOZ-63” markalı tüfəng, E.Tağıyevin evinə baxış zamanı isə 30,2 qram marixuana aşkar edilərək götürülüb.