Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 22-də saat 10 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri K.Hüseynovun idarə etdiyi "Cherry” və Mərdan Paşayevin idarə etdiyi "VAZ-2107” markalı avtomobillər toqquşub.
Xəstəxanaya yerləşdirilmiş M.Paşayev orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Aktual.az
Xəbər 474 dəfə oxunub.