Bakıda qadını qətlə yetirən şəxs Qazax rayonunda tutulub.
Aktual.az report-a istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində Anjelika Morozanın başına torba keçirərək onu boğub qətlə yetirən Qazax rayon sakini Namiq Vəkilov saxlanılıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qətlə yetirilən qadının cadugərliklə məşğul olduğu bildirilir.
Xatırladaq ki, qadının meyiti bir neçə gün əvvəl Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər. Məlum olub ki, qətlə yetirilən şəxs 1963-cü il təvəllüdlü Anjelika Vasilyevna Morozovadır.
Aktual.az
Xəbər 978 dəfə oxunub.