Hazırda Bakı şəhərinin Nobel prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Aktual.az Report-a istinadən bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Qeyd edək ki, prospektdə "Ağşəhər" layihəsi çərçivəsində yeraltı yüksəkgərginlikli elektrik xəttinin çəkilməsi ilə əlaqədar ərazidə avtomobillərin hərəkətində mütəmadi olaraq böyük sıxlıq yaranır.
Bundan başqa, Ziya Bünyadov prospekti (20 Yanvar dairəsi/nisbi sıxlıq) və Tbilisi prospektində də avtomobillərin hərəkətində sıxlıq yaranıb.