Bakıda bu yolda hərəkət qismən məhdudlaşdırılır

Bakıda bu yolda hərəkət qismən məhdudlaşdırılır

Avqustun 8-də, saat 06:00-dan etibarən Bakının Nəsimi rayonunun 28 May küçəsində (Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Aktual.az  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
"Yol bağlanmır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.
Xəbər 165 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR