"Ziya Bünyadov prospektindəki tunelə radar quraşdırılıb, sürəti həddi 70-i keçənləri çəkir”.
Aktual.az Xezer TV-yə istinadən məlumat verir ki, son günlər sosial şəbəkələrdə yayılan bu xəbərdarlıqlara, hətta həmin radara düşən avtomobillərin şəkili də əlavə olunub.
Məlumat o qədər sürətlə yayılıb ki, tanınmış şəxslər də xəbər paylaşaraq sürücüləri diqqətli olmağa çağırıb. Bildirilir ki, guya tuneldə sürət həddini bildirən yol nişanı olmadığı üçün sürücülər burada 70-80 km/saat sürətlə hərəkət edir.
Dövlət Yol Polisi də bunun qarşısını almaq üçün tunelə radar quraşdırıb və artıq bu gündən etibarən radarlar yolun hər iki hərəkət hissəsində işlək vəziyyətdədir. Məlumata görə, artıq burada saatda 70-dən yuxarı hərəkət edən avtomobillər radara düşür.
Məsələyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov münasibət bildirərkən sürücülərə tövsiyə edib ki, sürücülər belə yanlış məlumatlar yaymaqdansa, yollardakı sürət həddinə əməl etsinlər.
Sözügedən prospektdə maksimum sürət həddi saatda 90 km-dir. Yol boyu olan tunellərdə isə sürət 60-a enir və bunu göstərən bir neçə nişan da var.
Xəbər 366 dəfə oxunub.