Bakıda boş ərazidə təkər tullantıları yanır.
Bu barədə
Aktual.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsi yaxınlığında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. İlkin məlumata əsasən, boş ərazidə təkər tullantıları yanır.
Xəbər 536 dəfə oxunub.