Bakının bütün rayonlarında dövlət mənzil fonduna aid binalarda təmir işləri aparılacaq.
Aktual.az İqtisadiyyat.az -a istinadən xəbər verir ki, təmir işləri paytaxtın Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaları əhatə edəcək.
Belə ki, BŞİH-in tabeliyindəki Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC bununla bağlı müvafiq hazırlıqlara başlayıb.
Təmir işlərinə 49 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
Xatırladaq ki, BŞİH daha əvvəl sözügedən təmir işlərinin layihə-smeta sənədlərinin hazırlanmasına isə 1,4 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Şəhər icra hakimiyyəti bu il Bakı üzrə səkilərdə, həyətlərdə, park və bağlarda layihə-smeta sənədləri ilə birlikdə abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsinə isə 68 milyon manat vəsait xərclənəcəyini ehtimal edib.
Xəbər 55 dəfə oxunub.