"Elmlər Akademiyası" metrostansiyasını Bayıl parkı ilə əlaqələndirən 53 nömrəli şəhərdaxili marşrut üzrə 2025-ci il istehsalı olan, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan, həmçinin daha müasir avtobuslar fəaliyyət göstərəcək.
	Aktual.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata əsasən, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn "Transkontrol" MMC avtobuslarla xəttin istismarını noyabrın 1-dən həyata keçirəcək. Marşrut üzrə ümumilikdə 10 avtobus 10-11 dəqiqə intervalla sərnişinlərin xidmətində olacaq.				
 Xəbər 73 dəfə oxunub.