Bu dəqiqələrdə Bakıda bir şəxs hündürmərtəbəli binada intihar etmək istəyir.
Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Əzizə İsmayılova sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, hadisə 9-cu mikrorayonda Zərifə Əliyeva adına göz xəstəxanasının yanında, zeytun bağının içərisində tikilməkdə olan binada baş verib. Binanın üstünə çıxan şəxs özünü atmaq istəyir.
Hadisə şahidləri "Qafqazinfo"ya həvəskar görüntülər də təqdim ediblər.
Xatırladaq ki, ötən günlərdə həmin binada daha bir intihara cəhd hadisəsi də baş vermişdi. Həmin şəxs hadisə yerinə gətirilən balaca övladını görən kimi ona tərəf qaçıb və bağrına basıb.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, hazırda binaya çıxaraq intihar etmək istəyən şəxsin kimliyi məlum olub. Belə ki, o, bir neçə gün əvvəl də eyni ünvanda intihara cəhd etmişdi.