Bakıda bir nəfər spritli içkidən zəhərlənərək ölüb.
Daxili İşlər Nazirliyindən Aktual.az-a verilən məlumata görə, aprelin 7-də paytaxtın Nizami rayonu ərazisindən Ağsu rayon sakini Cabir Mustafayev alkoqoldan zəhərlənmə ilə Toksikologiya Mərkəzinə gətirilib və aprelin 8-də orada ölüb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 467 dəfə oxunub.