3 yeniyətmə oğlan doqquzmərtəbəli binanın damına çıxaraq həyatlarını riskə atırlar. Heç bir qoruyucu sədd olmayan binanın ən künc hisssədində dayanan gənclər aşağıya baxır, telefonla selfi çəkidirirlər. Sosial şəbəkələrdə yayılan bu görüntülər binaların damının təhlükəsizliyini gündəmə gətirir.
Tikinti məsələləri üzrə ekspert Cahangir Qocayev bildirir ki, buna nəzarət Mənzil Komunal İstismar sahələri tərəfindən həyata keçirilməlidir və əgər orda hər hansı bir hadisə baş verərsə buna görədə sözügedən idarə məsuliyyətə cəlb edilə bilər.
Amma görünən odur ki, Bakıda bir çox binalarda dam çıxışlarına nəzarət yoxdur.
Mənzil Komunal İstismar idarələrindən isə bildirilir ki, dam qapıları mütəmadi olaraq qıfıllanır, amma hal-hazırda açıq olmasının səbəbkarı həmin binada yaşayan sakinlərdir.//
xəzərxəbər.com