Bakıda bəzi binalar istiliksiz qala bilər – BORC QALMAQALI

Bakıda bəzi binalar istiliksiz qala bilər – BORC QALMAQALI

"Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə "Azəriqaz” İstehsalat Birliyi (İB) arasındakı borc qalmaqalı səbəbindən ölkə ərazisindəki 538 qazanxana və 92 istilik məntəqəsi payız-qış mövsümünə texniki baxımdan hazır olsa da, bir çox abonent bu qış istiliksiz qala bilər. 

Buna səbəb "Azəristiliktəchizat” ASC-nin "Azəriqaz” İB-yə olan borcudur. "Azəriqaz”dan verilən açıqlamada bildirilir ki, borcu olan qazanxanalara qaz verilməyəcək.

"Azəristiliktəchizat”dan isə bildiriblər ki, bu borc birbaşa abonentlərin borcudur və qurumun əməkdaşları borclu abonentlərdən xidmət haqqının yığılması üçün səfərbər olublar. Borclar ödənilərsə noyabrın 15-dən etibarən hamı istiliklə təmin oluna bilər.

Xatırladaq ki, 2015-2016-cı ilin payız-qış mövsümündə "Azəriqaz”la "Azəristiliktəchizat” arasında yaranan borc probleminə görə, paytaxtdakı mənzillərin istiliklə təchizatı təxminən 1 aya yaxın gecikmişdi.

Aktual.az  "Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR