DİN Bakıda baş vermiş yanğın hadisəsi barədə məlumat yayıb.
Aktual.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb.
FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub, tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Gülaga Seyidov isə DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
***
Noyabrın 10-da axşam saatlarında paytaxtın Binəqədi rayonu, Fərman Məlikov küçəsindəki 16 mərtəbəli yaşayış binasında baş verən yanğın artıq söndürülüb.
Aktual.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri alovun qarşısını alıblar.
Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.
Yanğınla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.
Aktual.az
Xəbər 587 dəfə oxunub.