Bakıda baş verən dəhşətli qətllə bağlı cinayət işi başlanıb

Bakıda baş verən dəhşətli qətllə bağlı cinayət işi başlanıb

Bakının Binəqədi rayonunda iki nəfərin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

APA-nın məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (. iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri aparılır, ekspertizalar təyin olunub.
Qeyd edək ki, oktyabrın 16-da Binəqədi rayonu, Aydınbəyov küçəsi 22 ünvanında baş verib.
Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı – qayınanasını bıçaqlayıb.
Hər iki şəxs hadisə yerində ölüb.
Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb. Özü isə hadisə yerindən qaçarkən "Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.


Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR