Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib.
Xəzər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə fevralın 8-də rayonun Mərdəkan qəsəbəsində baş verib. Qəsəbədə 852 saylı bağ evində yaşayan, 1974-cü il təvəllüdlü Hacıyev Samir Akif oğlu özünü yaşadığı evin zirzəmisində asıb.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.
Aktual.az
Xəbər 1087 dəfə oxunub.