Bakıda “Azəriqaz” əməkdaşı döyüldü

Bakıda “Azəriqaz” əməkdaşı döyüldü

Bakıda “Azəriqaz” İctimai Birliyinin əməkdaşı döyülüb. 

Aktual.az Anspress-ə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb. Qaz istismarı sahəsinin əməkdaşı Ramil Məmmədov qaz tənzimləyicisini təmir edərkən abonentlərdən biri ona yaxınlaşıb və qazın təzyiqinin artırılmasını tələb edib. Bu tələb isə sonda “Azəriqaz” əməkdaşı ilə abonent arasında mübahisəyə gətirib çıxarıb.

Məlumata görə, həmin şəxs qaz idarəsinin əməkdaşına həm əli ilə, həm də qaz açarı ilə zərbələr edirib. Səs-küyə topalaşan ətrafdakı insanlar da Ramil Məmmədova xəsarət yetiriblər. Vəziyyəti belə görən, digər işçilər isə hadisə yerindən uzaqlaşıblar. 



Hadisə nəticəsində bədənin müxtəlif nahiyyələrindən xəsarət alan Ramil Məmmədov Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirib.

Zərərçəkmişin qardaşı Anar Məmmədov yaralının vəziyyətinin yaxşı olmadığını deyib.

Hazırda zərərçəkmiş müalicəsini orada davam etdirir. Faktı araşdıran Suraxanı rayon polis idarəsinin əməkdaşları döyülən Ramil Məmmədova xəstəxanada baş çəkiblər və ondan izahat alıblar.

Qaz idarəsinin işçisini döyən şəxslərin müəyyən edilməsi istiqamətində işlər aparılır.

Ötən ay da bu cür hadisənin baş verməsi barədə mətbuatda xəbərlər yayılmışdı. Hadisənin yanvarın 25-də Xəzər rayonu Türkan qəsəbəsində təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş növbəti yoxlamalar zamanı baş verdiyi iddia olunmuşdu.

Aparılan yoxlamalar zamanı Xanlar küçəsində yaşayan Mayılov Məmmədağanın həyətyanı sahəsində yerləşən istixanaya sayğacdan kənar çəkilmiş qaz xətti aşkar olunmuşdu. Qeyri-qanuni qaz kəmərinin ləğvi zamanı Türkan qəsəbəsi, Xanlar küçəsində yaşayan Mayılov Məmmədağa, onun övladları Samir və Rəfael tərəfindən Birliyin Təmir-tikinti İdarəsinin 4 saylı Qəza-təmir bərpa xidmətinin qaz qaynaqçısı Məhərrəmov Məhərrəm Qamət oğlu döyülfüyü və ona ağır bədən xəsarətləri yetirildiyi bildirilmişdi. Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən "Azəriqaz" əməkdaşına ilkin olaraq onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu qoyulmuşdu.

Bu fakt daha sonra öz təsdiqini tapmamışdı. Belə ki, döyülərək onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən idarə əməkdaşının döyülmədiyi bildirilmişdi. Bu barədə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi açıqlama vermişdi.

"Məhərrəmov Məhərrəm Qamət oğlu heç kim tərəfindən döyülməyib. O, istixanaya sayğacdan kənar çəkilmiş qaz xətti aşkar edib və qeyri-qanuni qaz kəmərini ləğv etmək üçün pilləkənə çıxıb, bu zaman ayağı büdrəyərək yıxılıb", - deyə Xəzər RPİ 1-ci Polis Bölməsindən bildirmişdilər.

Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR