Noyabrın 25-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin (LİAA) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Latviya İşgüzar Görüşü keçiriləcək.
Bu barədə Aktual.az Trend-ə istinadən məlumat verir.
Tədbirə İKT, qida məhsullarının istehsalı, logistika, maliyyə, tibb və əczaçılıq, turizm, təhsil, layihələndirmə və arxitektura, orqanik gübrə istehsalı və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın Latviya şirkətinin qatılacağı gözlənilir.