Vətəndaşlar avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıb
Ötən gecə yağan intensiv yağışlar nəticəsində Bakının Nərimanov rayonunda yollarda suyun səviyyəsi xeyli qalxıb.
Aktual.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə, hərəkət məhdudlaşıb və vətəndaşlar avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobillərdən 5 vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.