Bakıda iki nəfəri maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayonunun Z. Bünyadov prospektində Bakı şəhər sakini Nurlan Ağayev idarə etdiyi "Volkswagen" markalı avtomobillə yolu keçən paytaxt sakini Sədirəddin Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Piyadanın ölümü ilə nəticələnən digər yol nəqliyyat hadisəsi Yasamal rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Faiq Əhmədov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən paytaxt sakini Rəmziyyə Əliyevanı vurub və nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xəbər 469 dəfə oxunub.