Bakıda avtomobil 8 yaşlı uşağı vurub

Bakıda avtomobil 8 yaşlı uşağı vurub

 Bakının Suraxanı rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə Hövsan qəsəbəsində baş verib.
8 yaşlı Xasməmmədov Rafiq yolu keçərkən onu minik avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
 
Aktual.az
Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR