Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Maştağa qəsəbəsində, "Araz" marketin qarşısından yolu keçmək istəyən 38 yaşlı Məcidova Kəmalə Rasim qızını avtomobil vurub. Hadisəni törətmiş sürücü xəsarət almış qadını xəstəxanaya yerləşdirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Aktual.az
Xəbər 250 dəfə oxunub.