Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.az-ın Anspress-ə istinadən məlumatına görə, Etibar Bəkirov küçəsində baş verən qəzada sərnişin avtobusu ilə minik avtomobili toqquşub. 30 yaşlı Sergey Panovun idarə etdiyi "VAZ 2104" markalı minik maşını sərt döngədə 104 saylı xətt üzrə hərəkət edən avtobusun yoluna çıxıb. Nəticədə "Jiquli" gəldiyi sürətlə də ictimai nəqliyyata çırpılıb.
Məlumata görə, avtobus xəttə olsa da, nəqliyyat vasitəsində sərnişin sıxlığı olmayıb. Qəza nəticəsində "Jiquli"nin sürücü ilə yanaşı avtobusda olan 45 yaşlı Natavan Ağayeva xəsarət alıb. Hər iki yaralı təcili tibbi yardımla xəstəxanaya aparılsa da, xəsarətləri ağır olan "VAZ"ın sürücüsü travmatologiya şöbəsinə yerlədirilib.
45 yaşlı xanım isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Qəza ilə bağlı araşdırmalar Suraxanı rayon Polis İdarəsində aparılır. Hadisəyə səbəb kimi, "Jiquli"nin sürücüsünün sürət həddini aşması və sərxoş halda sükan arxasına keçməsi göstərilir.