İstintaq ali məktəb müəllimini axtarır.
Dünən Bakının Nərimanov rayonunda yerli sakin intihara cəhd edib.
Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Nərimanov rayon polis bölməsində bildriblər.
Yerli sakin 1951-ci il təvəllüdlü ismayılov Eldəniz Əşrəf oğlu öz evində hər iki biləyində damarlarını kəsərək intihara cəhd edib.
Bununla əlaqədar İsmayılov xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.
İlkin istintaq zamanı kişinin bu hərəkətinin səbəbi müəyyənləşdirilib.
Xəbər verildiyi kimi, İsmayılovun oğlu qəbul imtahanlarını verə bilməyib. Amma ata nəyin bahasına olursa olsun oğlunu instituta düzəltmək qərarına gəlib. Bu məqsədlə o,yerli universitetlərdən birinin müəllimi ilə tanış olub, müəllim ondan oğlunu tələbə etmək üçün 20 000 manat istəyib.
İsmayılov tələb edilən məbləği verib, oğlu isə tələbə ola bilməyib. Bundan başqa İsmayılova həmin məbləği geri verməyiblər.
Hal-hazırda Nərimanov rayon prokurorluğu fakt üzrə araşdırma aparır, İsmayılovun kimə və hansı şəraitdə 20 000 manat verdiyini müəyyən etməyə çalışır.