Bakıda arvadını stəkanla qətlə yetirən şəxs apellyasiya şikayəti verib - (EKSKLÜZİV FOTO)

Bakıda arvadını stəkanla qətlə yetirən şəxs apellyasiya şikayəti verib  - (EKSKLÜZİV FOTO)

Bakı Apellyasiya Məhkəməsində Cəlilabad rayon sakini Müzəffər Piriyevin CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesi başlayıb.

Aktual.az xəbər verir ki, cinayət işinin başlanmasına 2016-cı il iyunun 23-də 1982-ci il təv. Cəlalə Abasovanın Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi, 11 ünvanında, üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə Səbail r\n 8-ci polis bölməsindən daxil olmuş məlumat və bununla bağlı toplanmış materiallar əsas olub. Hadisə yerinə baxış zamanı, qadın hərəkətsiz vəziyyətdə, böyrüstə pilləkənlərin yanında tapılıb, üst-başı qan içində olub. Polisə məlumat verən şəxs bildirib ki, Abasovanı həyat qoldaşı öldürüb. Müzəffər Piriyevlə telefonla əlaqə saxlayan sahə müvəkkili özünü təqdim edərək, cəld hadisə yerinə gəlməsini tapşırıb.20-25 dəqiqədən sonra gələn şəxs sorğu-sual zamanı, arvadını aralarındakı münaqişə zəmnində qətlə yetirdiyini etiraf edib. 

Cəlalə Abasova Cəlilabad rayonunun Göytəpə şəhərində qeydiyyatda olub. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, onun ölümünə - bilavasitə beyin toxumasına qansızmalarla müşayiət olunan qapalı travma səbəb olub.

İstintaqla müəyyən edilib ki, Müzəffər Piriyev arvadı Cəlalə Abasovanın son vaxtlar ona soyuq münasibət göstərdiyini düşünüb, xəyanət etməsindən şübhələnib. Buna aydınlıq gətirməkdən ötrü iyunun 23-ü saat 18 radələrində azyaşlı övladlarını siqaret almaq adı ilə yaxınlığdakı mağazaya göndərib, Cəlalənin heç yerə çıxa bilməməsi üçün giriş qapısını arxadan qıfıllayıb. Sonra əlindəki şüşə çay stəkanının arxa tərəfi ilə Abasovanın baş və sifət nahiyələrinə zərbələr endirib, onun əlindən çıxıb, özünü xilas etməyə çalışmasına, imdad diləməsinə və çöldə olan uşaqlarını köməyə çağırmasına əhəmiyyət verməyib, arvadını döşəməyə yıxıb. Xüsusi amansızlıqla, əzab və iztirablar verməsini dərk edərək, əlləri ilə və küt alətlə zərbələr vurmağda davam edib. Bununla da, ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək qadını qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Müzəffər Piriyev ifadəsində göstərib ki, əvvəllər narkotik madələrdən istifadə etməyə görə məhkum olunub. 15 il olar ki, Səbayıl rayonunda fərdi evdə yaşayıb. Cəlalə ilə 2000-ci ldə kəbin kəsdirib evlənib, sonradan nigahlarını rəsmiləşdiriblər, üç övladları olub. Heç yerdə işləməyib. Son vaxtlar arvadından şübhələnməyə başlayıb, çünki Abasovanın əvvəlki kimi ona münasibət göstərmədiyini hiss edib. Ayın 23-də bütün gün evdə olub, axşam uşaqları Dünyamin və Mirhüseyni siqaret almaq adı ilə dükana göndərib ki, arvadı ilə son günlərdə olan şübhələrinə aydınlıq gətirsin. İkisi də evin girişində olan pilləkənlərdə oturublar. İçdiyi çayın soyuq olmasını irad tutduqda, Cəlalə yenidən ona çay gətirib. Lakin Piriyev ona qarşı belə diqqətsizliyi qəbul etməyib. O təkrar şübhələrinin səbəbini soruşduqda, Abasova ona fikirlərinin həqiqətə uyğun olmadığını bildirib. Əsəbiləşən Müzəffər çay stəkanının arxası ilə Cəlalənin başına bir neçə zərbə vurub, sonuncu yerə yıxılan kimi, üstünə çıxıb, sol qolu ilə onun boyununu sıxıb, qışqırmasına imkan verməyib. Hadisə təxminən 5-6 dəqiqə çəkib. Qapını bağlı saxlayan Piriyev uşaqları içəri girməyə qoymayıb, onları götürüb, həyətdən küçəyə çıxıb və taksi ilə bacısının "Memar Əcəmi” metrostansiyasının yaxınlığında yaşadığı evə aparıb. Geri qayıdardən ona sahə müvəkkili zəng edib, evə gəldikdə onu 8-ci bölmənin əməkdaşları tutublar.

Məhkəmə prosesində Müzəffər Piriyev ittiham üzrə özünü təqsirli bilməyərək, hadisə vaxtı özündə olmadığını, arvadını öldürmək niyyətinin olmadığını göstərsə də, məhkəmədə həmin xüsusatlar öz təsdiqini tapmayıb və məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xapakterli ifadə kimi qiymətləndirilib.

Zərərçəkmiş Elçin Abasov bildirib ki, Müzəffər münaqişəli adam olub, bacısı Cəlalə ilə görüşəndə danışdıqlarından başa düşüb ki, əri onu incidir. Uzaq qohumları olan Piriyev narkotikə meyilli adam olub, məhkumluq həyatı yaşayıb. İyunun 23-də yaşadığı Göytəpə şəhərində olarkən anası yanına gəlib və Müzəffərin ona zəng edib Cəlaləni öldürdüyünü deyib. Zərərçəkən qeyd edib ki, bacısı ailəcanlı, hamının hörmətlə yanaşdığı qadın olub. Piriyevin ifadəsi böhtandır, o Cəlaləni şərləmək, özünü isə təmizə çıxarmaq istəyir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verərək, cəzasının azaldılmasını xahiş edib. 

Bakı Apellyasiya Məhkəməsinin qərarı barədə məlumat veriləcək. 
 








Xəbər 1098 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR