Bakıda intihara cəhd hadisəsi baş verib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Yeni Günışli qəsəbəsində qeydə alınıb.
1993-cü il təvəllüdlü Bağırov Elçin Ramin oğlu yaşadığı doqquzmərtəbəli binanın damından özünü atacağı ilə hədələyib. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər. Xilasedicilər intihara cəhdin qarşısını alıblar və 22 yaşlı gənc xilas edilib.
İlkin məlumata görə, intihara cəhdə ailə münaqişəsi səbəb olub. Elçin Bağırovun həyat yoldaşı onu tərk edib və o, bu səbəbdən intihar etmək istəyib.