Faktla bağlı cinayət işi açılıb
Bakıda anası ilə birgə qətlə yetirilən şəxsin şirkət rəhbəri olduğu məlum olub.
Aktual.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Molla Cümə küçəsindəki evdə anası Janna Məhərrəmova ilə birgə qətlə yetirilən 34 yaşlı Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq/biznes xidmətləri şirkətinin rəhbəri olub. O, həm də business-dialogue.az saytının təsisçisi və rəhbəri olub.
Hazırda qətllə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir. Əməliyyat-axtarış tədbirləri aparılır. Qətlin hansı şəraitdə və hansı səbəbdən törədilməsi hələlik tam məlum deyil.