İyulun 1-də nənələri tərəfindən yol kənarına atılan 3 azyaşlı uşağın anası axtarılır. Onun kimliyi də artıq müəyyən edilib.
Bu barədə Publika.az-a Azərbaycan Uşaq Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli məlumat verib.
Onun sözlərinə görə, uşaqların anası Xəyalə Kərimova başqa bir kişiyə qoşulub qaçıb. Qadın gedərkən qaçdığı kişinin fotosunu uşaqlarının məktəb çantasına qoyub.
Xahiş edirəm bu şəkillə məlumatı hər kəs paylaşsın!!! Bu qadın, Kərimova Xəyalə 01.07.2017-ci il tarixində Bakı şəhər, Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfinən Nəsimi rayonu ərazisində yol kənarında,atılmış olaraq aşkarlanıb. Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinə yerləşdirilən bacı-qardaşların anası Xəyalə Kərimovanı axtarırıq. Onu görən, tanıyan, bilən varsa, qaynar xəttimizə - (012)5113409, (055) 4660806 məlumat versin.
Uşaqlar sığınacağa yerləşdirildikləri gün mən Ağsu rayon Polis Şöbəsinə, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektora hadisə ilə bağlı məlumat vermişdim. Bu gün Ağsu rayon Polis Şöbəsindən verilən məlumata görə, X.Kərimova uşaqların atası ilə rəsmən boşanıb. Uşaqların atası 29 sentyabr 2015-ci ildən uşaqlara görə ayrılmış aylıq alimenti ödəmədiyinə görə 05.04.2017-ci ildən borclu kimi axtarışdadır”.
***
İyulun 1-də 3 uşaq nənələri tərəfindən yol kənarına atılıb. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin əməkdaşaları tərəfindən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli məlumat yayıb.
Onun sözlərinə görə, artıq 3, 5 və 6 yaşlı bu uşaqların hüquqi və psixoloji reabilitasiyası rəsmən aktlaşdırılıb: "İnsan nə qədər mənəviyyatını ehtirasına qurban verə bilər ki, 3 körpə uşağı ata və kiməsə qoşula gedə??? Bu azmış kimi getdiyi "kişinin" şəklinidə uşaqların əlindəki çantaya qoya. Təşəkkür ediləsi işmiş kimi...
3 uşaq nənələri tərəfindən yol kənarında baxımsız və kimsəsiz şəkildə atılıb. Uşaqlar qida, tibbi müayinə, yaşayış yeri və geyimlə təmin ediləcək. Uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək”.
Azərbaycan Uşaqlar Birliyindən bildirdilər ki, artıq uşaqların ailəsinin axtarışı ilə bağlı işlər başlanılıb.
Aktual.az
Xəbər 2259 dəfə oxunub.