Bakıda avtomobil ana və qızını vurub.
Daxili İşlər Nazirliyindən Aktual.az-a verilən məlumata görə, martın 23-də saat 20 radələrində Binəqədi rayonunun Xocasən qəsəbəsi ərazisində Sabirabad rayon sakini Əliağa Əliyev idarə etdiyi "Daevoo" markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakinləri Şəfiqə Şirinovanı və qızı Təhminəni vurub. Nəticədə Ş.Şirinova hadisə yerində ölüb, Təhminə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Aktual.az
Xəbər 528 dəfə oxunub.