Bakıda ailə faciəsi - Ər arvadını qətlə yetirdi

Bakıda ailə faciəsi - Ər arvadını qətlə yetirdi

Bakıda qətl törədilib.

Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə "Qanlıgöl” ətrafındakı evlərdən birində qeydə alınıb. Orada yaşayan 1974-cü il təvəllüdlü Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb. Dörd bıçaq zərbəsi alan F. Quliyeva hadisə yerindəcə keçinib.

Hadisəni törədən Ə. Quliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
 
Aktual.az
Xəbər 526 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR