Bakıda səfirliyə məxsus avtomobil qəzaya uğrayıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.
Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 11 ünvanında yaşayan, 1977-ci il təvəllüdlü Bayat Conatanın idarə etdiyi, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinə məxsus 060 D 038 dövlət qeydiyyat nişanlı avtomaşınla 1976-cı il təvəllüdlü Faiq Abdullayevin idarə etdiyi "Sang Song Koranado" markalı 90 VM 912 dövlət nömrə nişanlı avtomaşın toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Aktual.az
Xəbər 388 dəfə oxunub.