Səbail rayonunda mənzildə qadın meyiti aşkarlanıb.
Aktual.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Səbail rayonunda mənzildə 1940-ci il təvəllüdlü Məmmədova Anna Andreyevnanın bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yaşayış evinin qapısını açıb və M.Annanın cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.