Gecə saatlarında Bakının Xətai rayonu ərazisində bədbəxt hadisə baş verib.
"Report”un məlumatına görə, 1991-ci il təvəllüdlü Əliyeva Tamara Vaqif qızı Ayaz İsmayılov küçəsi, 67 a ünvanında yerləşən hündür binanın 6-cı mərtəbəsinin eyvanından yerə yıxılıb.
Ağır xəsarət alan qadın əraziyə gəlmiş "təcili yardım” maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
Yaralıya müştərək travma və baldır sümüklərinin sınığı diaqnozu qoyulub. O, Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
Xəbər 456 dəfə oxunub.