Bakıda satıcı mağaza sahibinə qarşı 54531 manatlıq dələduzluq edib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Abbasov Tariyel Xurşud oğlu Nərimanov Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq məlumat verib.
Belə ki, Ceyhun Hacıbəyli küçəsi 176-da yerləşən T.Abbasova məxsus mağazada 1976-cı il təvəllüdlü Eldar Rüstəmov 54531 manat dəyərində istilik sistemlərini sataraq pulunu mənimsəyib.
Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
Aktual.az
Xəbər 215 dəfə oxunub.