Bakıda Rusiya vətəndaşına qarşı dələduzluq edilib.
Aktual.az “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Rusiya Federasiyasının vətəndaşı, 43 yaşlı Mahirə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edərək 2011-ci ildə Rusiyanın Tomsk şəhərində anadan olmuş Rövşən adlı şəxsin onun etibarından sui-istifadə edərək 51 min ABŞ dollar pulunu aldığını bildirib.
Faktla bağlı araşdırma aparılır.