Bakıda yeni tikinti layihəsi həyata keçiriləcək.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün sahibkarlarla keçirdiyi görüşündə bildirib ki, Bakının 9-cu mikroraynunda bəzi 5, 7 və 9 mərtəbəli köhnə binaların yerinə yeni binaların tikilməsi ilə bağlı konsepsiya hazırlanıb.
K.Heydərov bildirib ki, həmin binalarda yaşayan sakinlər yeni mənzillərə köçürüləcək. Nazir tikinti şirkətlərini bu layihədə iştirak etməyə çağırıb.