Bakıda 46 yaşlı kişi avtomobillə vurularaq öldürülüb

Bakıda 46 yaşlı kişi avtomobillə vurularaq öldürülüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un xəbərinə görə, hadisə noyabrın 26-da Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesi, Albalılıq Yeni Yaşayış Massivində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü, Kəlbəcər rayon sakini Fazil Məmmədovsaat 20:50 radələrində yolun işıqlandırılmayan və piyada keçidi olmayan hissəsindən keçərkən naməlum markalı avtomobil tərəfindən vurulub.
Daha sonra o, aldığı bədən xəsarətləri nəticəsində müalicə olunduğu xəstəxanada vəfat edib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.
Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbər 450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR