Bakıda intihar hadisəsi baş verib.
Aktual.az xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Ceyhun Məmməd oğlu Həşimov yaşadığı evin həyətində yerləşən emalatxanada özünü asıb.
Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.