İstirahət günlərində Bakıda baş vermiş yol qəzalarında 4 nəfər ölüb.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, şənbə günü Suraxanı rayonu ərazisində, Hövsana gedən yolda "Cherry" markalı minik avtomobili 82 yaşlı qadını vurub öldürüb. Bazar günü isə Sabunçuda oxşar hadisə baş verib. Zabrat qəsəbəsində "İsuzu" markalı yük avtomobili 81 yaşlı kişini vurub öldürüb. Nərimanov rayonu Ziya Bünyadov prospektində isə 23 yaşlı oğlan "Mercedes"in altında qalaraq vəfat edib.
Daha bir piyada ölümü Bakının Qaradağ rayonu ərazisində qeydə alınıb. Hacı Zeynalabdin Tağıyev və Sahil qəsəbələrini birləşdirən yolda "VAZ 2109" markalı minik avtomobili 54 yaşlı kişini vurub. Piyada hadisə yerində vəfat edib.
Hər bir faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Aktual.az
Xəbər 587 dəfə oxunub.