Bakıda ölüm hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1983-cü il təvəllüdlü Zeynalov Şəhla Şakir qızının meyiti yaşadığı ünvanda aşkarlanıb.
Meyitin ilkin müayinəsi zamanı Ş. Zeynalovanın qəbul etdiyti narkotik maddədən zəhərləndiyi məlum olub.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbər 503 dəfə oxunub.