Bakıda 35 yaşlı kişi bıçaqlanıb.
Aktual.az APA-ya istinadənxəbər verir ki, məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Rayonun "Binə Südçülük Savxozu" adlanan ərazisində 35 yaşlı Rauf Rzayev naməlum şəraitdə şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 3 saylı Sabunçu Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğu üçün dərhal əməliyyata götürülüb. Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Rauf Rzayevi bıçaqlayan şəxsin tutulub istintaqa verilməsi üçün əməliyyat axtarışlara başlanılıb.