Bakıda 32 yaşlı kişini öldürən keçmiş məhkum saxlanılıb

Bakıda 32 yaşlı kişini öldürən keçmiş məhkum saxlanılıb

Bakıda qətl törədən şəxs saxlanılıb.

"Report”un xəbərinə görə, hadisə ötən gün paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü Daxil Allahyarov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1977-ci il təvəllüdü, əvvəllər məhkum edilmiş E.Səfərov saxlanılıb.
Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Xəbər 188 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR