Bakıda 31 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb.
Aktual.az "Report"a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Maştağa qəsəbəsində 1986-ci il təvəllüdlü Əliyev Qadir Xalid oğlu bıçaqla ürək nahiyəsinə xəsarət yetirib. Yaralı qonşularının köməkliyi ilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Xəbər 328 dəfə oxunub.