Bakı sakini üzləşdiyi xuliqanlıq əməli ilə bağlı polisə müraciət edib.
Bu barədə Aktual.az Lent.az-a istinadən xəbər verir.
Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Şərifova Kristina Mamed qızı ərizə ilə müraciət edərək bildirib ki, Mətbuat prospekti 2A ünvanında Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Qasımov Samir Əli oğlu onu döyüb.
30 yaşlı qadın bildirib ki, S.Qasımov xuliqanlıq zəminində onun qarnına yumruqla vurub.
Şikayətçi həmin şəxsi haradan tanıdığını və davanın hansı səbəbdən baş verdiyini qeyd etməyib.
Araşdırma aparılır.