Bakıda bıçaqlandığı bildirilən 3 yaşlı uşağı başqa səbəbdən xəsarət aldığı məlum olub.
Aktual.az bildirir ki, üç yaşlı Ümid Cəbrayılovun anası Çiçək Cəbrayılova report-a açıqlamasında övladının üstünə çilçıraq (lüstur) düşdüyünü deyib: "Lüsturu yuyub paltar dolabının üstünə qoymuşdum. Ümid bacısı ilə oynayarkən dolaba toxunub. Nəticədə lüstur onun belinə düşüb. O, kürək nahiyəsindən xəsarət alıb".
Hazırda uşağın vəziyyəti sabit orta-ağırdır.
Qeyd edək ki, Ü.Cəbrayılovla bağlı məlumatın "bıçaqlanma" kimi getməsinə səbəb onun yerləşdirildiyi xəstəxananın "Qeydiyyat kitabçası"nda qeydlərin səhv aparılması olub.
Aktual.az
Xəbər 329 dəfə oxunub.