Bu il Azərbaycanda lisenziyası olmadan fəaliyyət göstərən 29 stomatoloji kabinet aşkarlanıb.
Aktual.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Nazirlikdən qeyd ediblər ki, qanunsuz fəaliyyət göstərən stomatoloji kabinetlərdən 4-ü Bakı şəhərində yerləşir. Həmin sahibkarlıq subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş inzibati təbdirlər görülüb.