Bakıda ticarət mərkəzindən 28 min manat dəyərində televizor oğurlanıb.
Aktual.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Boran Quliyevə məxsus anbardan 28 000 manat dəyərində 49 ədəd televizor oğurlanıb.
Orada mühafizəçi işləyənlər - Bakı şəhər sakini İbrahim Bağırov, Şərur rayon sakini Həsən Məmmədov və Sabirabad rayon sakini Həsrət Quliyev tutulublar.