Bakıda intihar hadisəsi olub.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Zaur Fariz oğlu Qəniyev yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.